"Xəzərin səviyyəsinin enməsi daşımaya problemlər yaradır" - Nazir

Xəzər dənizinin səviyyəsinin enməsi daşımalar üçün problemlər yaradır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Bəzi limanlarda bizim bərələrimiz yükgötürmə qabiliyyətinin 50 %-dən də aşağı yük qəbul etməyə məcbur olurlar. Çünki, kanallar dolur. Bu yükü də təbii ki, yalnız Azərbaycan tərəfi daşımır. Daşımalar zənciri, logistika və s. bütün hissələrdə gəlir var. Yeganə zərər edən məsələ Xəzər dənizində daşımaların özüdür. Bu baxımdan, biz ortaq səylərimizi artırmalıyıq. Bütün iştirakçı ölkələri, ilk növbədə elə Türkiyə şirkətlərini buna dəvət edirik. Təbii ki, bunun bir biznes modeli də tapılmalıdır", - deyə o qeyd edib./report
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












