Xocavəndə gələn beynəlxalq səyyahlara Azıx mağarası haqqında məlumat verilib - YENİLƏNİB

Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət edən beynəlxalq səyyahlara mağaranın tarixi barədə geniş məlumat verilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihat Rəhimli Azıx mağarasının Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biri olduğunu bildirib.
1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində ümumi qalınlığı 14.5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilmişdi. Mağarada insan məskunlaşmasının izləri təxminən 1.2 milyon il əvvələ aid edilir. 1968-ci ildə tapılmış, 300-400 min il əvvələ aid qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700-500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyət daşıyır".
N.Rəhimli işğal dövründə mağarada ermənilər tərəfindən qazıntı işlərinin aparılması barədə faktları qonaqların diqqətinə çatdırıb.
"İşğal dövründə, 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qazıntılar aparılmış, əldə olunan tapıntılar Ermənistana aparılmışdı. Bu hərəkətlər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir. Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar edilmiş, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid edilmişdi. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilmişdir", - deyə qonaqların diqqətinə çatdırılıb.
Qeyd edək ki, səfər Dünya şöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarles Veleyin başçılığı ilə həyata keçirilir. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var.
***
Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, beynəlxalq səyahətçilər heyəti səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəlib.
Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün, həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












