“Xocəsən” deposu nə vaxt təhvil veriləcək? - RƏSMİ AÇIQLAMA

“Xocəsən” deposunda qatarların hərəkətinə nəzarət üçün inşa edilən beşmərtəbəli mərkəzləşdirilmiş məntəqənin inşası tamamlanmaq üzrədir.
Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Xocəsən qəsəbəsində yerləşən depoda qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə “Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. “Bakmil”dən fərqli olaraq, xəttin ortasında deyil, sonunda yerləşdiyindən, o stansiyanın inşası daha sürətlidir və hərəkətin təşkili baxımından daha münasibdir. Artıq depoda gecə növbəsi də fəaliyyətə başlayıb.
Elektrik yarımstansiyasının qurulması istiqamətində işlər planlaşdırılmış qaydada davam edir. Deponun istifadəyə verilməsi üçün ilk növbədə texniki baxış, qulluq, xidmət çox vacibdir. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın bu ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”, - deyə B.Məmmədov bildirib.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











