Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş xarici ölkə vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Emil Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Saxlanılan şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən satış məqsədilə avtomobildə daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və Emil Mamedov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi













