Zatulindən Zəngəzur açıqlaması: Qarabağda da belə olmuşdu

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Azərbaycan və Türkiyə sərhədlərinədək olan dəmir yolunun bərpasına cəlb olunmasını ona görə istəyir ki, sonradan bu xətlər “Tramp Marşrutu”na (və ya Zəngəzur dəhlizinə) qoşulsun və tənqid yaranacağı halda oxlar Rusiyaya yönəldilsin”.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Nikol Paşinyan Azərbaycan və Türkiyə sərhədlərinədək dəmir yolunun bərpası məsələsi ilə bağlı Rusiyaya müraciət edib. Baş nazir bildirib ki, məsələni artıq Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.
Zatulinin sözlərinə görə, ABŞ ilə Ermənistan arasında qismən dərc olunmuş razılaşmalar göstərir ki, həmin dəhliz üzrə tranzitdən gəlir əldə edəcək şirkətin 76 faizi ABŞ, 24 faizi isə Ermənistana məxsus olacaq:
“Layihədə ABŞ və Ermənistandan başqa heç kim iştirak edə bilməz. Rusiya bəzi funksiyalara cəlb oluna bilər, amma həmin şirkətin təsisçi və ya səhmdarları sırasında ola bilməz. Paşinyan Rusiyanın maraqlarını nəzərə almadığı barədə tənqidlərdən yayınmaq üçün hansısa jest etmək istəyir”.
Deputat xəbərdarlıq edib ki, Ermənistan oxları Rusiyaya yönəltmək istəyir və Moskvanın maraqları onu maraqlandırmır:
“Azərbaycan və Türkiyə ilə həmsərhəd ərazilərdən danışırıq. Paşinyan Rusiyanı bu işə ona görə cəlb etmək istəyir ki, sonradan hər yerdə Rusiyanın iştirak etdiyini iddia edə bilsin. Sadə dillə desək, oxları Rusiyaya yönəltmək istəyir. Bu, təxminən əvvəlcə Qarabağa dəvət edilən (?), amma sonradan mövcudluğu faktiki olaraq nəzərə alınmayan sülhməramlı kontingentimizlə bağlı baş verənlərə bənzəyir. Anlamalıyıq ki, Paşinyan bizim maraqlarımızdan çıxış etmir, Qərblə ittifaq və dostluğa üstünlük verir. Onun təkliflərində gizli məqamların olub-olmadığına əmin olmaq üçün dəfələrlə təhlil edilməlidir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












