Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - Kür çayı üzərində ... - VİDEO

Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Körpüdə aparılan işlərlə bağlı geniş məlumatı sujetdə təqdim edəcəyik. Yeni körpünün tikintisi yekunlaşan kimi köhnə dəmiryol körpüsünün yenidən qurulmasına başlanacaq.
Konstruksiyalar qurulub, böyük bir sahədə qızğın iş gedir. Yeni tikiləcək dəmiryol körpüsü bizi işğaldan azad olunmuş bölgələrimizə aparacaq.
Yeni körpü 4 aşırımlı olmaqla Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində inşa olunur. Hazırda işlərin sürətlə aparılması üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb olunub.
Çay üzərindəki körpünün tikintisi bu ilin əvvəlində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir. Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür üzərində müvəqqəti estekada quraşdırılıb. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb.
Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı, aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. Tikintisi başa çatıb istismara verildikdən sonra dəmiryol körpüsü ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olacaq.
Metal məhəccərlə əhatələnəcək yeni körpünün inşasının iki il müddətinə yekunlaşması nəzərdə tutlub. Bundan sonra bir əsrdən çox yaşı olan mövcud körpünün yenidən qurulmasına başlanacaq.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











