Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

Badamdarda sürüşmə ərazisində yolun uzun müddətdir bağlı qalması sürücülər və ərazidə yaşayan sakinlər üçün ciddi narahatlıq yaradıb. Yolun bağlanmasından sonra alternativ istiqamətlərdən istifadə etmək məcburiyyətində qalan vətəndaşlar yolun nə vaxt bərpa olunaraq istifadəyə veriləcəyini gözləyirlər.
Avtosfer.az xəbər verir ki, söhbət Səbail rayonu, Badamdar qəsəbəsi ilə 20-ci sahə istiqamətində avtomobil yolundan gedir. 5 aprel 2026-cı ildə ərazidə sürüşmə təhlükəsinin yaranmasından sonra yolun aşağı hissəsindən keçən avtomobillərin hərəkəti təhlükəsizlik məqsədilə müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, əraziyə baxış keçirilib, vəziyyət qiymətləndirilib və yolun bağlanması barədə qərar qəbul edilib. Vətəndaşlar yaşadıqları ərazilərə ən yaxın yol olan bu ərazinin nə vaxt istifadəyə veriləcəyindən xəbərsizdir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində (Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən yol) cari ilin mart və aprel ayları ərzində yağan intensiv yağışlar nəticəsində sürüşmə prosesi aktivləşmiş, bununla əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə sözügedən yol aidiyyəti qurum tərəfindən müvəqqəti olaraq bağlanmışdır.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq qeyd edildi ki, sözügedən məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir.
“Bu çərçivədə, hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Səfər
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO












