Bu maşınların qabaq oturacağında uşaqların oturmasına görə SÜRÜCÜ CƏRİMƏLƏNƏ BİLMƏZ

Qüvvədə olan “Yol hərəkəti haqında” qanuna görə minik avtomobillərinin ön oturacağında 12 yaşınadək uşaqların daşınması xüsusi uşaq oturacağı vasitəsilə icazə verilir. Xüsusi qurğu olmadan ön kresloda uşaqların daşınmasına görə sürücünü 3 bal 60 manat məbləğində cərimə gözləyir.
Bəs yük avtomobillərinin ön oturacağında uşaqların daşınmasına icazə verilir, yoxsa yox?
“Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsinin IX hissəsinin 2-ci bəndində konkret olaraq göstərilib ki, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Burada yük avtomobillərinin ön oturacağında uşaqların daşınması qeyd olunmadığı üçün həmin nəqliyyat vasitələrinin ön oturacağında 12 yaşınadək uşaqların tək və ya hər hansısa sərnişinin qucağında daşınması qaydalar çərçivəsində olacaqdır. Bu əmələ görə sürücü məsuliyyətə cəlb oluna bilməz.
Təbriz
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO










