Cinayətkar olmamaq üçün nələrdən qaçmalıyıq? - ARAŞDIRMA

Şair Qulu Ağsəs isə sözün qarşılığının söz olduğunu düşünür:
“Bu, bir çox ölkələrdə, Avropada müzakirə mövzusu deyil. Çünki təhqir olunurlarsa, silaha əl atmırlar. Avropalı təhqir olunanda, ürəyinin bir tərəfində sevinir də. Çünki qarşı tərəfi məhkəməyə verir, yaxşı da pul alır. Ən pis halda söyüşə söyüşlə cavab verirlər. Bir nəfər dodağını tərpədib onu söyürsə, qarşı tərəf də eyni şəkildə dodağını tərpədib söyür. Avropada sözün qarşılığı sözdür. Təəssüf ki müsəlman şərqində sözün qarşılığında cinayət halları çoxdur. Çağdaş Azərbaycanı müsəlman şərqi ilə müqayisə etmək ədalətsizlik olar. Çünki Azərbaycan Asiyadan çox Avropanın bir parçasıdır. Amma genetika öz sözünü deyir. Sosial şəbəkədə müzakirə gedir, kimsə fərqli münasibət bildirirsə, ona bıçaq şəkli göndərirlər, görüşüb söhbəti çürütməyə çağırırlar. Halbuki sosial şəbəkələrdə meydan verilib ki, fikrini sözlə ifadə edəsən, müzakirə aparasan”.
Q.Ağsəs bildirib ki, biz sivilizasiyanın bir hissəsi olduğumuzu unutmamalıyıq:
“Biz bu gün vəhşi təbiətin yox, sivilizasiyanın bir hissəsiyik. Zorakılığın qarşılığı zorakılıqla verilməməlidir. Bundan ötrü bəşəriyyət uzun yol keçib və qanuni yol tapılıb. Bundan yaxşısını bəşəriyyət ixtira etməyib. Söyüblərsə, məhkəməyə gedirsən. Getmək istəmirsənsə, sən də eyni şəkildə cavab verirsən”.
Vəkil İlhamə Həsənova isə qeyd edib ki, yüzlərlə cinayət hadisəsi anlıq emosiyaların təsiri altında baş verir. Bu cür hallarda cinayətkar olmamaq üçün özümüzə səbirli, dözümlü olmağı aşılamalıyıq:
“Ani emosiyalarla bunu edənlər sonra mütləq peşman olurlar. Necə ki kənardan baxanlar “Gərək etməzdi” deyirlər, onlar da bu fikrə gəlirlər. Amma iş işdən keçdikdən sonra. Səbirsiz olmaları, ani emosiyaların, əsəbin təsiri altında hərəkət etmələri pis nəticələrə gətirib çıxarır. O an emosiyalarını idarə edə bilsələr, o cinayəti törətməzlər. Səbirli, dözümlü olmağı özümüzə öyrətməli, qarşımızdakının səviyyəsinə düşməməliyik”.
İ.Həsənova oğluna və tələbələrinə verdiyi məsləhəti də bölüşüb:
“Deyirəm ki, bəzən “O, anama, bacıma söydü, onu öldürüm” kimi yanaşırlar. Amma sizin cinayət törədib həbsə düşməyiniz nəticəsində ana-bacınız daha çox əziyyət çəkəcək, daha çox təhqir olunacaq durumla qarşılaşacaqlar. Bunları göz önünə gətirə-gətirə düşünmək lazımdır. Onsuz mədəniyyətsiz adamı döyməklə, öldürməklə tərbiyə edə bilməyəcəksən. Ziyanı özünə vurursan”.
Psixiatr Orxan Fərəcli isə bildirib ki, mentalitetlərə, yetişmə tərzinə, intellektual səviyyəyə, həyata baxış tərzinə və şəxsin özünə görə bu sualın cavabı dəyişir:
“Birmənalı cavab vermək çətindir. İnsanların buna əvvəldən hazırlanması ən yaxşı yoldur. Belə situasiya olsa, mən necə davranacam? İnsan bu sual ətrafında düşünməli və bu gün cavab tapmalıdır. Ən çox tövsiyə olunan odur ki, o an üçün xüsusi qərar vermək, hərəkət etmək, hətta söz deməyi belə təxirə salmaq lazımdır. Bunun alınmadığı situasiyalar ola bilər, amma alınan məqamlar da olur. O an üçün düşünməyə çalışmaq lazımdır. Düşünüb soyuqqanlı şəkildə qərar vermək. Əgər insan düşünürsə, çox zaman qərarı bunu etməmək olacaq”.
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










