Maşının sükanı hərəkətdə olarkən titrəyirsə… - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Avtomobil sürücülərinin tez-tez qarşılaşdıqları əsas problemlərdən biri də sükanın həm hərəkət zamanı, həm də avtomobil dayanmış vəziyyətdə mühərrik işləyərkən titrəməsidir.
Avtosfer.az xəbər verir ki, bu problem nəinki sürücülərin rahatlığını pozur, həm də avtomobilin digər hissələrinə zərər verə biləcək ciddi texniki problemlərin əlaməti ola bilər.
Mütəxəssislər qeyd edir ki, sükan titrəməsinin əsas səbəbləri aşağıdakılardır:
Mühərrik yataqlarının köhnəlməsi: Bu hissələrin zədələnməsi nəticəsində mühərrikin titrəməsi sükana ötürülür.

Təkər balansının pozulması və qurulma bucağı problemləri: Xüsusilə yüksək sürətlərdə daha çox hiss olunur.
Asqı sistemində problemlər: Amortozatorlar və digər asqı detallarının aşınması.
Əyləc sistemində nasazlıqlar: Əsasən tormozlama zamanı titrəmə hiss edilir.
Avtomobil ustaları bu problemlə qarşılaşan sürücülərə aşağıdakı tövsiyələri verirlər:
1)Problemin dəqiq diaqnozu üçün dərhal sertifikatlı servis mərkəzinə müraciət etmək;
2)Təkər balansının və qurulma bucağının vaxtında yoxlanılması;
3)Mühərrik və asqı sisteminə müntəzəm texniki qulluq;
Sükan titrəməsinə vaxtında müdaxilə edilməməsi daha ciddi və bahalı təmirlərə səbəb ola bilər. Ekspertlər xüsusilə qeyd edirlər ki, bu cür problemlər avtomobilin təhlükəsizliyinə birbaşa təsir göstərir.
Sürücülər üçün faydalı olan məlumatlardan biri də ondan ibarətdir ki, sükan titrəməsi problemi ilə üzləşdikdə dərhal sürəti azaltmaq və avtomobili təhlükəsiz yerə çəkərək saxlamaq lazımdır. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyi üçün vacibdir.
Avtomobil sahəsi üzrə ekspertlər qeyd edirlər ki, müasir avtomobillərdə bu cür problemlər daha az rast gəlinir, lakin köhnə model avtomobillərin sahibləri xüsusilə diqqətli olmalıdırlar.
Eltac Zülfüqaroğlu
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər












