Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır

Avtomobili ödənişli parkinq yerində saxlama müddəti 24 saatdır. Bu müddət tamam olduqdan sonra mesaj göndərməklə və ya problem üzərindən parklanma yenidən aktiv edilməlidir.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, əks halda qanunsuz parklanma adı ilə cərimələnə bilərsiniz.
Sürücülərin isə əksəriyyəti bundan xəbərsizdir. Bu cür parklanma qaydasından isə insanlar narazıdır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, 24 saat sonra sürücülərin qanunsuz parklanma adı ilə cərimələnməsi qərarına yenidən baxılmalıdır. Bəzi hallar nəzərə alınmaqla bu müddət 48 saata qədər uzadıla bilər.
Mövzu ilə bağlı AYNA-dan bildirildi ki, Yol Hərəkəti Haqqında Qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parkinqdə 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur. Avtomobil müvafiq İcra Hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və sürücüyə məlumat verilir.
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












