Sürücülərin “ruçnoy”dan səhv istifadəsi hansı təhlükələrə səbəb olur? - ARAŞDIRMA
Nəqliyyat vasitələrinin idarəçilərinin ən çox yol verdiyi xətalardan biri əl əyləcindən düzgün istifadə edilməməsidir.
Avtosfer.az xəbər verir ki, avtomobil təmiri üzrə mütəxəssis sosial şəbəkədə bu məsələ ilə bağlı xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, əl əyləci dik yamaclı yollarda və ya uzun müddət parklanmış avtomobillərdə mühüm rol oynayır. Lakin bir çox sürücü əl əyləcindən çəkərkən səhvə yol verir. Bu da təkcə əyləc trosunu deyil, həm də ümumilikdə mexanizmini və transmissiya detallarını zədələyə bilər.
Mütəxəssis bildirib ki, əl əyləcindən tədricən, beş dişdən çox çəkilməməlidir. “Onu qəfil və güclə basmaq trosun qopmasına səbəb ola bilər,” deyə mütəxəssis vurğulayıb.
O əlavə edib ki, əl əyləcinin həddən artıq yuxarıda tutması tənzimləmə zərurətini göstərir və bu halda texniki qulluq və tarımlama vacibdir.
Mütəxəssislər tövsiyə edirlər ki, mexaniki əl əyləcindən istifadə edərkən onu həmişə yavaş, bərabər sürətlə və axıradək bassınlar (yaxud, avtomobilin modelindən asılı olaraq çəksinlər). Hazırkı modellərin bir çoxunda əl əyləci düyməli elektron sistemlərlə əvəz olunsa da, mexaniki sistemlərdən düzgün istifadə hələ də həyati əhəmiyyətini itirməyib.
Sürücülərin diqqətli olması və əl əyləcindən düzgün istifadə etməsi avtomobilin uzunömürlülüyünü təmin etməklə yanaşı, qəza riskini də azaldır.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












