Sürücülərin və piyadaların gizli düşməni – Diqqətli olun - VİDEO

Bakıda havaların bir neçə gündür sərt keçməsi yollarda bir sıra problemlərin ortaya çıxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, xüsusilə nəqliyyat vasitələrinin buzlu yollarda sürüşməsi həm avtomobillərə zərər vurur, həm də piyadaların sağlamlığı təhlükə altına düşür.
Xüsusən səhər saatlarında və gecəyə yaxın havanın soyuması ilə yolların bəzi hissələrində görünməyən buz təbəqələri əmələ gəlir. Bu zaman sürücülərin avtomobili idarə etməsində çətinliklər yaşaması mümkündür.
Sürücülərə tövsiyə olunur ki, bu cür şəraitdə sürəti azaltsınlar və yolun vəziyyətini daha diqqətlə izləsinlər. Avtomobillərin təkərlərinin vəziyyətini yoxlamaq və buzlu yollara uyğun qış təkərindən istifadə etmək də vacibdir. Eyni zamanda, ehtiyatla və daha yavaş hərəkət edərək digər sürücülərlə məsafəni qorumağa çalışın. Nəqliyyat vasitələrinin texniki vəziyyətini daim yaxşı saxlamaq və sürüşkən yollarda möhkəm tutuş əldə etmək üçün xüsusi ehtiyat tədbirləri görmək vacibdir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi də (BDYPİ) sürücülərə müraciət edib. Müraciətdə deyilir ki, müəyyən edilmiş sürət həddinə ciddi riayət etmək, hərəkət zamanı ara məsafəsini düzgün seçmək və təhlükəli manevrlərdən çəkinməklə özlərinin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünmək vacibdir.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












