"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO

Bakının əsas prospektlərindən birində sərnişin avtobusunun kobud qayda pozuntusu təhlükəli anlara səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda "BakuBus"a məxsus avtobusun sürücüsünün hərəkət zamanı manevr qaydalarını kobud şəkildə pozduğu əks olunub.
Bildirilib ki, Moskva prospekti ilə hərəkətdə olan avtobus arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olub və qəza şəraiti yaradıb.
Məsələ ilə bağlı açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması halı qeydə alınıb.
20 Yanvar dairəsində maşınları sıxışdıran BakuBus SÜRÜCÜSÜ CƏZALANDIRILDI
"Belə ki, avtobus sürücüsü C.Cabbarlı adına kinostudiyanın yaxınlığında yerləşən son dayanacaqdan hərəkətə başlayarkən manevr qaydalarına əməl etməyib. Sürücü "20 Yanvar" körpüsünün alt hissəsində geriyə dönmək məqsədilə sol zolağa yerdəyişmə edərkən, öz zolağı ilə hərəkət edən digər nəqliyyat vasitəsinə yol verməyib.
Videogörüntülər araşdırıldıqdan sonra sözügedən sürücü barəsində qanunvericiliyə uyğun protokol tərtib edilib. Sürücülük bacarıqlarının inkişaf etdirilməsi məqsədilə o, yenidən təlimlərə yönləndirilib", - deyə Ə.Əliyeva bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində də manevr qaydalarını kobud şəkildə pozan "BakuBus" sürücüsü ilə bağlı məlumat vermişdik.
Nərmin
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












