Bakı-Sumqayıt yolunda yarışa çıxan iki "avtoş" - VİDEO

Bakı-Sumqayıt yolunda yarışan iki sürücünün videogörüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, dekabrın 16-sı sözügedən yolun Masazır dairəsi istiqamətinə gedən hissəsində hərəkət edən 90-MD-339 qeydiyyat nişanlı “Kia” markalı və 99-TU-468 qeydiyyat nişanlı “BMW” markalı avtomobillərin sürücüləri yüksək sürətlə yarışıblar. Onlar yarışan vaxtı müxtəlif təhlükəli manevrlər edərək avtoxuliqanlıq ediblər.
Sürücülər Masazır dairəsində tıxaca düşdükləri üçün əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət ediblər. Bundan sonra hər iki sürücü yenidən bütöv xəttin tələbini pozaraq əks istiqamətə çıxıb sola- “Qurtuluş 93” yaşayış kompleksi istiqamətinə gediblər.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yarışan sürücülər, hətta radarının yanında da yüksək sürətlə hərəkət ediblər. Ümid edirik Dövlət Yol Polisinin rəhbərliyi, yarış keçirərək hərəkət iştirakçılarına təhlükə yaradan, o cümlədən əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hər iki sürücü barədə ciddi tədbir görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












