Maşını yolun əks istiqaməti ilə sürüb qəza şəraiti yaratdı - CƏZALANDI - VİDEO

Qaydalar 24 İyun 2026 20:51
Maşını yolun əks istiqaməti ilə sürüb qəza şəraiti yaratdı  - CƏZALANDI - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasını əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Baku.ws"in sorğusuna cavab olaraq məlumat verib. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

***16:45

Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb. Şikayətçinin sözlərinə görə, "77-GT-538" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini əks hərəkət zolağına çıxarıb. Bu isə yolda hərəkət edən digər sürücülər üçün ciddi qəza riski yaradıb.

Həmin videonu təqdim edirik:

Oxunub : 274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh