Bakıda "Opel"lə avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO - FOTO

Sosial şəbəkələrdə yayılan taksi sürücüsünün avtoxuliqanlığına görə yol polisi dərhal hərəkətə keçib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında aparılan araşdırmadan sonra sürücü Bayramov Seymur Eyvaz oğlu iyunun 23-ü saxlanılıb və barəsində toplanılmış materaillar Sabunçu rayon Məhkəməsinə göndərilib. Bu gün keçirilən məhkəmənin qərarı ilə Seymur Bayramov 15 gün müddətinə inzibati qaydada həbs olunmaqla nəqliyyat vasitəsini idarəetmə hüququ 1 illik məhdudlaşdırılıb.
Xatırladaq ki, 99-ZU-103 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü paytaxtın müxtəlif küçələrində yüksək sürətlə hərəkət edərək əl əyləci vasitəsilə avtomobili fırladıb. Günün qaranlıq saatında eyni hərəkətləri edən sürücü etdiyi şounun kənardan qeydə alınmış videosunu sosial şəbəkə hesabında paylaşaraq insanların rəyini almağa çalışıb. O, "like" yığacağı təqdirdə daha da təhlükəli hərəkətlər edəcəyinə söz verib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













