Bakıda yol polisi maşınını vuran sərxoş sürücü HƏBS EDİLDİ - FOTO

İyunun 21-i paytaxtın Heydər Əliyev prospektində qaydaları pozan 10-VP-999 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə məhəl qoymayaraq qaçmağa çalışıb. Bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb. Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən Qasımzadə Cavid Mirqabil oğlu sərxoş vəziyyətdədir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücü barəsində toplanılmış materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. İnzibati Xətalar məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinən sürücü məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












