Bakıda yolu kəsib əlini qaldıran məşhur sürücü cərimələndi - VİDEO

Paytaxtın Mətbuat prospektində yolu kəsən sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, yolayrıcının keçmə qaydasını pozan Eminov Rəvan Cavanşir oğlu törətdiyi qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimələnib.
Xatırladaq ki, 99-PB-717 qeydiyyat nişanlı “Haval” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq avtomobillərin yolunu kəsib. Görüntünü qeydə alan sürücü maneə ilə üzləşdiyi üçün həmin avtomobilə yol verib. Bu zaman o, haqsız olduğu halda əli ilə etiraz etməyə başlayıb.
Sürücülərin əksəriyyəti üstünlüyə malik olan avtomobillərə yol verən zaman düzgün yerdə dayanmırlar. “Yol vermək” o demək deyil sürücü istədiyi yerdə dayana bilər. Üstünlüyə malik olan nəqliyyat vasitəsinin qarşısını kəsib dayanmaq yol verməməyə bərabər hesab olunur. Qanunvericilikdə bu əmələ görə inzibati məsuliyyət nəzərdə tutulub.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












