Binə Atçılıqda 800 manatlıq qayda pozan avtobus sürücüsü CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Xəzər rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanaraq cəzalandırılıb
***
07.10.2025, 18:27
***
Xəzər rayonu ərazisində fəaliyyət göstərən marşrut avtobusu nəqliyyat vasitəsinin istismarı ilə bağlı qaydaları kobud şəkildə pozur.
Avtosfer.az xəbər verir ki, Binə Atçılıq massivi ilə Binə qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 10-TG-833 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı 160A nömrəli marşrut avtobusuna sayrışan işıqlar quraşdırılıb. Sürücünün bu hərəkəti digər nəqliyyat vasitələri idarəçilərinin narazılığına səbəb olub. Sürücülərin sözlərinə görə, günün qaranlıq saatlarında avtobusun sayrışan işıqları onlarda çaşqınlıq yaradır. İşıqların dövlət qurumlarına aid xidməti avtomobil olması effekti yaratması bir çox hallarda yolda sıxlığın, eləcə də qza hallarının yaranmasına gətirib çıxarır.
“Çinar-Trans” MMC-yə məxsus olduğu bildirilən avtobus sürücüsünün qaydaları bu cür pozması təəssüf doğurur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, digər nəqliyyat vasitələrinin sayrışan işıq quraşdırması inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Səfər
Qaranlıq yolda ard-arda təhlükə: Biri önünə çıxdı, digəri maşını yolda saxladı - VİDEO
Sürücü məsuliyyətsizliyi dəhşətli qəzaya səbəb olacaqdı - ANBAAN VİDEO
Qayda pozub yolu kəsdi, sonra təhqir etdi: "Lotusan, işverənsən" - VİDEO
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sumqayıtda səkilər tikinti şirkətlərinə hədiyyə edilir; icradan reaksiya yoxdur - FOTO
Bakıda sürücü yol verməyən maşını sıxışdırdı, önünə keçib qəfil tormoz verdi - VİDEO
Qubada zibil daşıyan maşın həm təhlükə, həm də antisanitariya yaratdı – VİDEO
Sağdan ötüb maşınlara təhlükə yaratdı, sonra piyadanın üzərinə sürdü - VİDEO
Narkotik qəbul edib avtomobil idarə etdi, 15 gün həbs olundu - VİDEO
Bu yolayrıcında dayanmayan sürücülərin diqqətinə! - Kameralar çəkir - VİDEO
Təhlükəli manevrlərə şərait belə yaradılır










