Binəqədidə təhlükəli anlar: “VAZ”ın damından uçan yüklər arxadakı maşına dəydi - VİDEO

Binəqədi yolunda qayda pozan sürücü qəza təhlükəsi yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, “VAZ-21011” markalı avtomobilin sürücüsü dam hissəsində müxtəlif yüklər daşıyıb. Lakin yüklər nə xüsusi baqaj qurğusuna yerləşdirilib, nə də lazımi qaydada bərkidilib.
Kadrlarda görünür ki, avtomobil hərəkətdə olarkən sol tərəfdən “Toyota Prado” markalı nəqliyyat vasitəsi ötür. Həmin an küləyin təsiri ilə “VAZ”ın damında yerləşdirilən yüklərin bir hissəsi yerindən qoparaq arxadan gələn avtomobilə dəyir, bir neçə parça isə yolun hərəkət hissəsinə səpələnir. Bu vəziyyət arxadan gələn sürücü üçün təhlükəli hal yaratsa da, xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsində daşınan yük elə yerləşdirilməli və bərkidilməlidir ki, hərəkət zamanı yerindən tərpənərək yola düşməsin, digər nəqliyyat vasitələri üçün maneə və təhlükə yaratmasın. Videoda görünən halda isə sürücünün yükü nə dam qurğusuna düzgün yerləşdirdiyi, nə də etibarlı şəkildə bərkitdiyi müşahidə olunur ki, bu da yolda hərəkət edən digər sürücülər üçün real risk yaradır.
Nərmin
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












