Banner

Bu yolda qaydalar dəyişdi - Artıq cərimə YAZILMAYACAQ

Qaydalar 1 Oktyabr 2026 13:06
Bu yolda qaydalar dəyişdi - Artıq cərimə YAZILMAYACAQ
WhatsApp kanalımıza abunə olun

Azadlıq prospektinin Zahid Qəmbərov küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkəti yenidən təşkil olunur.

Avtosfer.az xəbər verir ki, Demokrat.az-ın məlumatına görə, artıq ərazidəki köhnə xətlər silinib, yenisi çəkilib.

Artıq həmin ərazidə zolaqların sayı artırılaraq 3 olub. 7 kəndi birləşdirən Binəqədi şosesinə iki zolaqdan düzünə hərəkətə icazə veriləcək, sol zolaq isə sadəcə sola dönməyə icazə verəcək.

Qeyd edək ki, sözügedən ərazidə iyun ayında yola yeni nişan qurulmuşdu, sol zolaqdan düz gedənlər cərimələnirdi. Bu da Azadlıq prospektində kilometrlərlə tıxacın yaranmasına səbəb olurdu.

 

Oxunub : 298
ŞƏRH YAZ
Ad

E-mail

Şərh