"Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur" - Fərhad Məmmədov

Azərbaycanın geosiyasi kimliyinə nəzər salsanız, görəcəksiniz ki, Azərbaycan müxtəlif qitələri birləşdirən vacib bir coğrafi məkanda yerləşir.
Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu çərçivəsində təşkil olunan panel iclasda deyib.
O bildirib ki, beynəlxalq təhlükəsizlik sahəsində baş verən böhranlar hadisələrin proqnozlaşdırılmasını daha da çətinləşdirir. Ona görə də regional səviyyəli məsələlərin əhəmiyyəti getdikcə artır. Bu gün dünyada müharibələrin, eləcə də həll olunmamış münaqişələrin sayının artığını müşahidə edirik. Regionlarda hərbi gərginliyin artması halları ilə üzləşirik və indiyədək görünməmiş sayda münaqişələrin şahidi oluruq.
F.Məmmədov qeyd edib ki, geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur. Belə bir şəraitdə regionlar və ya ayrı-ayrı ölkələr regional təşkilatlara daha ciddi təsir göstərmək imkanı əldə edirlər. Onların məqsədi isə mövcud olduqları regionda vəziyyətin və ümumi mühitin daha proqnozlaşdırıla bilən məcraya yönəldilməsidir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












