Cəriməyə görə işıqları söndürənlərə bəd xəbər: Kameralar qaranlıqda da çəkir

Son vaxtlar günün qaranlıq saatlarında xarici işıq cihazları sönülü vəziyyətdə yollarda hərəkət edən avtomobillərin sayı artmaqda davam edir. Avtosfer.az xəbər verir ki, bu cür avtomobillərin hərəkəti digər sürücülərdə və piyadalarda narahatlıq yaradır. Oxucular bu barədə redaksiyamıza şikayətlər də ünvanlayırlar.
Avtomobilin işıqlarını söndürən əksər sürücülər bunu məqsədli şəkildə edirlər. Düşünürlər ki, işıqları söndürüb hərəkət edərkən təhlükəsiz şəhər kameraları onların qayda pozuntularını qeydə ala bilmir. Ekspert Elməddin Muradlı Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, yollardakı kameralar gecə vaxtı, hətta yolun işıqlandırılmayan sahələrində də qayda pozuntularını qeydə ala bilir: “Daxili İşlər Nazirliyi tərəfindən quraşdırılan xüsusi texniki vasitələr ən müasirləri ilə əvəz edilib. Əvvəllər ola bilərdi ki, nəzarət kameraları gecə vaxtı nömrəni oxuya bilmirdi. Lakin son zamanlar quraşdırılan xüsusi texniki vasitələr infra qırmızı işıqlarla təchiz edildiyi üçün sürücülərin qayda pozuntularını və avtomobillərin nömrələrini rahatlıqla qeydə ala bilir” – deyə E.Muradlı bildirib.
Sürücülərə tövsiyə edirik ki, hərəkətə başlamazdan öncə lazımi işıq cihazlarını işə salsınlar. Bəzən sürücülər yaxın işıqların əvəzinə qabarit işıqları ilə, bəzən isə duman işıqları ilə hərəkət edirlər. Bu doğru yanaşma deyil. Yaxın işıqlar işlək vəziyyətdə olmadıqda digər hərəkət iştirakçıları işıqları sönülü olan nəqliyyat vasitəsini görmürlər. Bu halda isə təhlükə yaranır, hətta qəzalar baş verir.
Qeyd edək ki, bu əməli törədən sürücülər 30 manat məbləğində cərimə oluna bilərlər.
Nərminə Əli
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO











