DOST agentliyinin yanında üzücü vəziyyət: fiziki məhdudiyyətli insanlar yolu necə keçsin? - FOTO

Paytaxt Bakıda yeni binalar tikilərkən qaraja giriş nədənsə, səkinin hesabına yaradılır. Avtosfer.az xəbər verir ki, qarajdan yola birbaşa çıxışı təmin etmək üçün səki kəsilir və maşınların hərəkəti üçün yol düzəldilir. Bəs görəsən piyadalar, xüsusilə də fiziki məhdudiyyətli insanlar nə etmıkidir?
Təqdim etdiyimiz foto Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çəkilir. Maraqlıdır ki, DOST agentliyin düz yanında belə bir halın baş verməsi isə olduqca üzücüdür. Nəinki ahıl, fiziki məhdudiyyətli və digər sağlamlıq problemləri olan vətəndaşlar, eləcə də sağlam insanların hərəkətinə əngəl olan belə enişli-yoxuşlu səkilər Bakının əsas infrastruktur problemlərindən biridir.
Ekspert Elməddin Muradlı hesab edir ki, bu cür hallar yolverilməzdir. "Təəssüf ki, tikinti aparılan zaman hər şey düşünülür, amma insanların rahat hərəkəti nəzərə alınmır. Qabardılan problem paytaxtın çox yerində mövcuddur. Başa düşürük ki, parkinq üçün yer düzəldilib. Amma ən azından səki elə təşkil olunmalı idi ki, vətəndaşlar burada rahat hərəkət etsinlər. Fiziki məhdudiyyətli insan yolun hərəkət hissəsinə çıxmağa məcbur olur. Qarajdan çıxan sürücü isə onu görməyə bilər. Nəticədə bədbəxt hadisə baş verəcək. Odur ki, plan təsdiqlənən zaman aidiyyatı qurumlar buna mütləq fikir verməlidir."
Yunis
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













