Əlində telefon sol zolağı tutub heç kimi ötməyə qoymadı - VİDEO

Bakıda yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 77-JL-907 qeydiyyat nişanlı "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü yolun sol zolağını tutaraq hərəkət edib. Sağ zolaq boş olsa da sürücü heç kimə keçib getməyə şərait yaratmayıb. Videodan da görünür ki, onun arxasınca gələn sürücü sağdan ötməyə məcbur olub.
Görüntünü qeydə alan oxucu bildirir ki, həmin nəqliyyat vasitəsini sağdan keçən zaman məlum olub ki, sürücü sükan arxasında mobil telefonla məşğul olub. Bu səbəbdən arxadan gələn sürücülərin yol istədiyindən xəbərsiz olub.
O, daha sonra tunelə daxil olan zaman yaxın işıqlardan istifadə etməyib. Bu da daha bir qayda pozuntusu hesab edilir.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












