Maşının nömrəsini çıxarıb şou göstərən sürücülər CƏRİMƏLƏNDİ - VİDEO

Rayon yollarında şou göstərən sürücülər cərimələnib. Xəbər verdiyimiz kimi 90-DB-034 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yolda dəfələrlə manevr qaydasını pozaraq ziqzaqvari hərəkətlər edib. Onun arxasınca gələn 62-BD-612 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobilin ön oturacağında olan sərnişin bayıra çıxaraq təhlükəli şəkildə şou göstərən sürücünün hərəkətlərini videoya çəkib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-DB-034 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğuna görə 3 bal 60 manat, 62-BD-612 qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü isə sərnişin daşıma qaydalarını pozduğuna görə 3 bal 60 manat məbləğində cərimələnib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












