Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü, tənqid olundu - VİDEO - YENİLƏNİB

Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını real təhlükə yaradan sürücü ilə bağlı hazırda araşdırma aparılır. Sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbirləri görüləcək.
***10:46
Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğunu ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Gənclər şəhərciyi yaxınlığında baş verib. Kadrlarda toy karvanında iştirak edən avtomobillərdən birinin, “Chevrolet” markalı maşının sürücüsünün qeyri-adi və təhlükəli manevr etdiyi görünür. Sürücü eyni davranışı Binəqədi rayonu ərazisində də təkrarlayıb.
Belə ki, sürücü hərəkətdə olan yolda avtomobili tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb. Bu davranış yol hərəkəti qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Paylaşılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən kəskin tənqid olunub. Bir çoxları bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Mütəxəssislər bildirirlər ki, bu tip “şou xarakterli” hərəkətlər, xüsusilə toy karvanlarında tez-tez rast gəlinir və əksər hallarda qəza riskini artırır. Onlar sürücüləri emosiyalara qapılmadan, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırlar.
Qeyd edək ki, bu cür qayda pozuntuları inzibati məsuliyyət yaradır və sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər.
Eltac Zülfüqaroğlu
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO












