Qayda pozan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı - VİDEO

Qaydalar 22 Sentyabr 2026 15:00
Qayda pozan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 18-də günorta saatlarında Rüstəm Rüstəmov və Elşən Süleymanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90-CO-036 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü “Yol ver” nişanının tələbinə əməl etməyərək hərəkətini davam etdirib. Nəticədə baş yolla hərəkətdə olan motosikletin qarşısına çıxaraq qəza şəraiti yaradıb.

Kadrlardan görünür ki, motosikletin sürücüsü toqquşmadan son anda yayınaraq qəzanın qarşısını alıb.

Qeyd edək ki, “Yol ver” nişanı sürücüdən kəsişən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməsini tələb edir. Baş yolla hərəkət edən nəqliyyat vasitəsinin üstünlüyü təmin edilməlidir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227186.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 236
ŞƏRH YAZ
Ad

E-mail

Şərh