Qazinin maşını ilə şou göstərən sürücü HƏBS EDİLDİ - VİDEO

Videogörüntü yayıldıqdan sonra hadisənin Sumqayıt şəhərində baş verdiyi müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü aşkarlayıb və məlum olub ki, xətanı Qənbərov Orxan İslam oğlu törədib. Sürücüyə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, qazi adından istifadə edərək onun avtomobili ilə kobud qayda pozuntuları törədib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü, 342.2.4-cü, 342.9-cu, 511.1.3-cü maddələri ilə protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Orxan Qənbərov 4 gün müddətinə inzibati qaydada həbs edilib.
*****
Maşının konstruksiyasına müdaxilə edən sürücü qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 50-EF-150 qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü görünüş dairəsinə düşən şüşələrə plyonka vuraraq qaydaları pozub. Eyni zamanda xarici işıq cihazlarının iş rejimini dəyişərək sayrışan rejimə keçirib. Həmin işıqları günün qaranlıq saatlarında istifadə edərək özünü digər sürücülərdən fərqləndirməyə çalışıb. Digər videoda isə aydın şəkildə görünür ki, sürücü operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı işıq siqnallarını alın şüşəsinə yerləşdirərək kobud qayda pozuntusu törədib.
Fərid
Bu küçədə “Durmaq qadağandır” nişanı quraşdırıldı: Cərimələnə bilərsiniz – VİDEO
İkinci cərgədə dayanan sürücü özünə haqq qazandırdı: Adam gözləyirəm - VİDEO
Nömrəsinə güvənən sürücünün hərəkəti insanlara təhlükə yaratdı -10-AA-034 - VİDEO
"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar - VİDEO - YENİLƏNİB
Piyada keçidində qəza işıqlarını yandırmaq olarmı? – AÇIQLAMA – VİDEO
Avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
Sürücü maşını binanın girişində park edib sakinlərin yolunu kəsdi - VİDEO
"BakuBus" sürücüsü avtobusu çirkləndirməmək üçün 3 dəfə qayda pozdu - VİDEO
Maşını yolayrıcında saxlayıb motosiklet sürücüsünə təhlükə yaratdı - VİDEO
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü HƏBS EDİLDİ - FOTO
Xəyalə yol hərəkəti qaydalarını pozdu - 100 manat + 2 bal cərimə - FOTO










