Sürücülər kiçik bir səhv edərk tıxacı bax belə yaradır - VİDEO

Hərəkətin intensiv olduğu yollarda manevr edən sürücülər sıxlıq və tıxacın yaranmasına səbəb olur.
Avtosfer.az bildirir ki, analoji vəziyyəti əks etdirən sosial çarx hazırlanıb. Videodan görünür ki, hərəkətin sıx olduğu yolda hər hansı bir avtomobil manevr etmək istəyərkən digəri dayanıb ona yol verməli olur və nəticədə hərəkət bir az da yavaşıyır. Bu halda digər bir avtomobilin də manevri artıq tıxacın yaranmasına səbəb olur.
Sürücülər Bakıda avtomobil sürmənin çətinliyindən danışarkən Avropa ölkələrini misal gətirərək həsəd aparır. Amma hər bir sürücü vacib olmadığı halda manevr etmədən yoluna davam edə bilsə, o zaman paytaxtda da hərəkət çətin olmaz.
Hərəkətin intensiv olduğu yollarda manevr etmək sürücünü heç də mənzil başına tez çatdırmır. Əksinə, bu hal digərlərinin də tıxacda saatlarla qalmasına gətirib çıxarır.
Qanunvericiliyə görə, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilər. Manevr hər kəs üçün təhlükəsiz olmalıdır.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












