Ekologiya postunda narkoman sürücü SAXLANILDI - VƏSİQƏSİ DƏ YOXDUR - VİDEO

Abşeron rayonunda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Məlumata görə, rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevr qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı onun sürücülük hüququnun olmadığı aşkarlanıb.
Polis əməkdaşları ilə ünsiyyət zamanı davranışları şübhə doğuran F.Muradov tibbi müayinəyə cəlb edilib. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi təsdiqlənib.
Barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilən Fərid Muradovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşməməyə çağırıb və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan belə hallara qarşı daha ciddi tədbirlərin görüləcəyini bildirib.
Aparıcı qayda pozdu: 40 manat cərimələndi - FOTOLAR
Öz “qanun”ları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Biləcəridə təhlükəli ötmə edən sürücü zəncirvari qəza riskinə səbəb oldu - VİDEO
Müştərini götürmək istəyən sürücü qayda pozub qəza şəraiti yaratdı - VİDEO
Qırmızıda əks yola çıxan moped sürücüsü faciədən son anda qurtuldu - VİDEO
Qobustan ərazisində qarşı zolağa çıxan sürücülər TƏHLÜKƏ YARADIRLAR - VİDEO
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi - VİDEO
Yol polisinə tabe olmayıb canlı açan həmin sürücü həbs edildi - Narkotik... - FOTO - VİDEO
Mədəniyyətsiz sürücü maşını ortalıqda saxlayıb başqalarının yolunu bağladı – VİDEO
Bakının mərkəzində zolağa sığmayan sürücülər hərəkəti əngəllədi - VİDEO
Sərnişin avtobusunun sürücüsü əks yola çıxıb qırmızıda keçdi - VİDEO - YENİLƏNİB










