Tələbəyə qoşa xətdən dönməyi öyrədən təlimçi kameraya düşdü - VİDEO

Bakıda təlim maşınının sürücüsü qoşa xəttin tələbinə əməl etməyərək qaydaları kobud şəkildə pozub. Avtosfer.az bildirir ki, «Hyundai» markalı 99-SE-703 qeydiyyat nişanlı təlim avtomobilində əyləşən təlimçi xanım qoşa xətti tapdayaraq yolun qarşı hissəsinə keçməyə çalışıb. Acınacaqlısı budur ki, o, bu qayda pozuntusunu yanında əyləşən, sürücü namizədi olan xanıma da öyrədib.
İradlara məhəl qoymayan təlimçinin görünür ki, bu, ilk qayda pozuntusu deyil. İndiyədək onun neçə qayda pozan tələbə öyrədib yollara saldığını düşünsək, o zaman vəziyyətin heç də sadə olmadığını görərik. Belə təlimçilərin məhz özünə təlim keçilməlidir ki, bilmədikləri yol qaydalarını kimlərəsə öyrətməsinlər. Məsələ burasındadır ki, bəzi xanım təlimçilər şəhərdə qayda pozmasıyla, sürücülərə yaratdıqları çətinliklərlə artıq bir çoxlarını təngə gətirib. Bu gün sükan arxasında qaydalara tam əməl edən, kişi sürücülərdən heç də geri qalmayan xanım sürücülər də az deyil. Sözümüz məclisdən kənara. Amma günümüzdə sürücülüyü heç də ürəkaçan olmayan xanımların təlimçi adıyla sükan arxasına əyləşib özlərinə bənzər sürücülər yetişdirməsi acınacaqlı haldır.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













