Təmir gedən yolda əks istiqamətə çıxıb ölüm saçan sürücülər -77-MQ-304 – VİDEO

İsmayıllı rayonunun Basqal qəsəbəsində təhlükəli yol hərəkəti qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 77-MQ-304 dövlət nömrə nişanlı "KIA" markalı nəqliyyat vasitəsi və "Range Rover" markalı avtomobil əks yola çıxaraq təhlükə yaradıb.
Belə ki, qəsəbə ərazisindəki yollarda aparılan təmir işləri səbəbilə avtomobillərə cəmi 2 zolaqda hərəkət üçün şərait yaradılıb. Buna baxmayaraq, "Range Rover" və "KIA"nın sürücüsü onlar üçün ayrılmış zolağa sığmayıb əks yola çıxıb.
Hadisə ərazidəki digər sürücülər üçün ciddi təhlükə yaradıb. Yolda bu cür hərəkət iştirakçılarının qarşı-qarşıya gəlməsi qəza riskini artırmaqla yanaşı, ümumi yol hərəkəti təhlükəsizliyinə də ziddir.
Qeyd edək ki, tərs yola çıxmaq həm inzibati xəta sayılır, həm də baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Mütəxəssislər belə halların qarşısının alınması üçün həm sürücülərin məsuliyyətli davranmasını, həm də müvafiq nəzarət tədbirlərinin gücləndirilməsini vacib sayırlar.
Eltac Zülfüqaroğlu
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO












