Tıxacda qalmamaq üçün əks istiqamətə çıxan sürücülər yolu kəsdilər - VİDEO

Bəzi hallarda sürücülər tıxacdan yayınmaq, yolu qısaltmaq və vaxt itirməmək üçün əks yola çıxırlar. Əvvəllər belə qayda pozuntuları kütləvi şəkildə baş versə də, son zamanlar bu kimi hallara daha az rast gəlmək olur. Bunun əsas səbəblərindən biri kameralar vasitəsilə tətbiq edilən cərimələr və ictimai qınaqdır. Son illərdə sürücülər avtomobillərindəki videoqeydiyyat qurğusu ilə qayda pozan sürücülərin görüntülərini sosial şəbəkələrdə paylaşırlar. Dövlət Yol Polisi isə bu görüntülər əsasında həmin sürücüləri məsuliyyətə cəlb edir. Sosial mediada yazılan tənqidlər və tətbiq olunan cərimələr intizamsız sürücülərdə müəyyən qədər nizam-intizam yaradıb. Lakin buna baxmayaraq, bəzi sürücülər hələ də kameraların olmadığı yerlərdə qayda pozmağa davam edirlər. Onlardan bir neçəsinin görüntüsü avtomobildəki kameraya əks olunub.
Avtosfer.az xəbər verir ki, hadisə martın 15-də, paytaxtın İsa bulağı küçəsində qeydə alınıb.
Belə ki, 99-UA-094 qeydiyyat nişanlı "KIA" markalı, 77-HK-877 qeydiyyat nişanlı "Hyundai" markalı,
77-QB-165 qeydiyyat nişanlı "Chevrolet" markalı, 90-YF-574 qeydiyyat nişanlı "Chevrolet" markalı, 77-QP-066 qeydiyyat nişanlı "Changan" markalı, 77-SG-475 qeydiyyat nişanlı "Toyota" markalı, 50-CY-758 qeydiyyat nişanlı "Toyota" markalı və 90-KZ-864 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüləri əks yola çıxaraq axına qarşı hərəkət ediblər. Videogörüntüdən də aydın şəkildə görünür ki, onlar qarşıdan gələn avtomobillərin yolunu kəsərək hərəkətə mane olublar.
Fidan
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











