Yolun bu hissəsində dayananları 3 bal 60 manat cərimə gözləyir - VİDEO

Bakıda qayda pozan sürücülər yolda tıxac yaradıb. Görüntüləri Avtosfer.az">Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı qeydə alıb. Belə ki, iyunun 21-də paytaxtın Bülbül prospektində hərəkət edən 99-UN-381, 99-ZR-807, 99-ZY-222, 99-PY-841 və 99-HR-735 qeydiyyat nişanlı avtomobillərin sürücüləri tıxac yaradacaqlarını bilə-bilə yolayrıcına daxil olublar. Sarı torun üzərində qalan sürücülər soldan - Zərifə Əliyeva küçəsindən gələn avtomobillərin hərəkətinə mane olub.
Qanunvericilikdə qeyd olunub ki, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.
Qeyd edək ki, bu xətanı törədən sürücüləri 3 bal 60 manat cərimə gözləyir.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












