Ağdaşda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb, bir nəfər xəsarət alıb - FOTO - VİDEO
Qəzalar
29 İyun 2021 09:31

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur. Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
08:00
Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə magistralın Yevlax-Ləki nahiyəsində baş verib. Baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 2370
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 12:48
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
26 Noyabr 2026 10:23
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
25 Noyabr 2026 18:11
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ



















