Ağdərədə FHN avtomobili qəza törətdi, ÖLƏN və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd "Kamaz" markalı yanğınsöndürmə avtomobili qəza edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
***
19:20
Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər - 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.
Hazırda qəzanın tam təfərrüatları araşdırılır.
(qafqazinfo)
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO















