Sarı işıqda qəfil dayanan sürücü qəzaya səbəb oldu - VİDEO

Bakıda baş verən qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 22-də, paytaxtın Mikayıl Müşviq küçəsində baş verib.
Belə ki, 99-NR-736 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü svetoforun yaşıl işığı sönən vaxt sərt tormoz verərək dayanıb. Bu zaman arxadan gələn 77-FH-548 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ara məsafəsini düzgün seçmədiyi üçün dayanan avtomobilə çırpılıb. Hərəkət sürəti aşağı olduğu üçün qəza yüngül zərərlə nəticələnib.
Burada əsas məsələlərdən biri də qarşıdakı avtomobilin qəfil dayanmasıdır. Biz dəfələrlə vurğulamışıq ki, yaşıl işığın yanıb-sönməsi hərəkəti qadağan etmir. Sarı işıq yanan zaman isə sürücü qəfil tormoz verməklə qəza şəraiti yaradacaqsa hərəkətini davam etdirməlidir. Bu hallarda sarı işıqda keçmək qayda pozuntusu hesab olunmur. "Yol hərəkəti haqqında" qanunda da qeyd olunub ki, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan dayana bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.
Əksər sürücülər cərimələnməkdən çəkindikləri üçün bəzən elə addım atırlar ki, bu, daha təhlükəli sonluqla nəticələnir.
Fərid
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB












