Banner

Avropada Çin hibridlərinə kvota tətbiq ediləcək

Avtodünya 26 Noyabr 2026 10:11
Avropada Çin hibridlərinə kvota tətbiq ediləcək
WhatsApp kanalımıza abunə olun

Dekabrın 1-dən etibarən Avropa İttifaqında Çindən idxal edilən hibrid avtomobillərə kvota tətbiqi barədə qərar qüvvəyə minir.

Avtosfer.az xəbər verir ki, Pekinlə Brüssel arasında əldə edilmiş razılaşmaya əsasən, bu ölkədən İttifaqa hər il maksimum 350 min ədəd hibrid avtomobil ixrac ediləcək. Kvota hər il müəyyən qədər artırılacaq. Müqayisə üçün deyək ki, 2026-cı ilin sonunadək Avropaya Çindən gətirilən avtomobil sayının 800 minə çatacağı gözlənilir.

Rəsmi Brüssel çinli istehsalçıları haqsız rəqabətdə və dövlətdən böyük həcmdə dotasiya almaqda ittiham edir. İttifaq yerli istehsalçıları qorumaq üçün bu addımı atıb.

Vüqar

Oxunub : 210
ŞƏRH YAZ
Ad

E-mail

Şərh