Bakı-Ələt yolunda iki qəza olub, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Səhər saatlarında Bakı-Qazax Gürcüstan yolunda səkkiz nəfərin xəsarət alması ilə nəticələnən iki fərqli yol nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat vermişdik.
Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) baş verən qəzaların ilkin təfərrüatını öyrənib.
Belə ki, baş verən qəzalardan birincisi Bakı-Qazax-Gürcüstan magistral yolunun 21-ci kilometrliyində baş verib. İlkin ehtimala görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Digər qəza isə Bakı-Qazax-Gürcüstan magistral yolunun 19-cu kilometrliyində saat 08:20 radələrində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada sərnişinlər xəsarət alıb.
Belə ki, ilkin məlumata görə, taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsinin sürücüsü sürəti azaldıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan digər avtomobil ara məsafəsini gözləmədiyindən əvvəlcə taksi fəaliyyəti göstərən avtomobilə, daha sonra isə idarəetməni itirərək digər avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alanlar arasında iki Türkiyə vətəndaşı da olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
***
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş verən ilk qəza nəticəsində xəsarət alan 5 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib.
Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO












