Bakıda bahalı avtomobillər toqquşdu – sürücülər əlbəyaxa oldu - VİDEO - FOTO

Bakının Nərimanov rayonunda yol nəqliyyat-hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində 99-SD-698 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi qarşıda hərəkət edən 10-CF-005 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Şahidlərin verdiyi məlumata görə, tərəflər arasında dava düşüb.Sürücülər yolun ortasında bir-biriylə əlbəyaxa olub.Əraziyə gələn yol polisləri və hadisəyə tamaşa etməyə yığışanlar onları sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Nəqliyyat hadisəsinin baş verdiyi ərazidə tıxac yaranıb. Yol patrul xidmətinin əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar.
Faktla bağlı araşdırma aparılır.
Sözügedən görüntüləri təqdim edirik:
Nərminə Əli
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır












