Bakıda yolu keçən gənci avtomobil vurub
Qəzalar
29 Avqust 2024 21:00
Oxunub 452
Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Mahmudov Nurlan Kazım oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR