Biləsuvarda “VAZ”la “Ford” toqquşdu - Ölən var - FOTO

Qəzalar 17 İyul 2026 09:09
Biləsuvarda “VAZ”la “Ford” toqquşdu - Ölən var - FOTO
WhatsApp kanalımıza abunə olun

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisənin baş verdiyi kəndin sakini olan Əmənov Şərifağa Zahir oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücünün cansız bədəni ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb. Bundan az sonra avtomobil alışaraq kül olub.

Qeyd edək ki, vəfat edən şəxs ev ustası olub.

Şahidlərin sözlərinə görə, o, evinə dönərkən idarə etdiyi maşınla yolda dönmə manevri etmək istəyərkən qəzaya düşüb.

 


 

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh