Corat qəsəbəsində iki avtomobil toqquşdu, biri AŞDI - FOTO

Sumqayıt şəhəri, Corat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Coratda "4 yol" kimi tanınan ərazidə minik avtomobili əvvəlcə divara çırpılıb, sonra isə aşıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında faktı təsdiqləyib.

"Hadisə 28 avqust səhər saat 09:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. Hadisənin baş verməsinə səbəb "Toyota Prado" markalı nəqliyyat vasitəsi ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması olub. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölüm və ya xəsarət hadisəsi qeydə alınmayıb.
Hazırda iş ərazi üzrə Dövlət Yol Polisi Şöbəsi tərəfindən araşdırılır", - deyə açıqlamada qeyd olunur.
(oxu.az)
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












