Gəncədə sərnişin mikroavtobusu 6 maşınla toqquşub - FOTOLAR

Gəncədə sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari qəzanın bəzi təfərrüatları məlum olub.
Avtosfer.az-ın məlumatına görə prospektlə hərəkətdə olan 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusunun əyləc sistemində nasazlıq yaranıb.
Bu zaman sürücü avtobusu yol kənarında dayana bir neçə avtomobilə çırpıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
***
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq "Niva", "Mitsubishi", "Chevrolet" və daha 3 "Hyundai" markalı minik maşınına çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.
Ərazidə qısa müddətli tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO






















