İstanbulda avtobus qəza törədib, ölən var

Qəzalar 29 Avqust 2026 23:59
İstanbulda avtobus qəza törədib, ölən var
WhatsApp kanalımıza abunə olun

Türkiyənin İstanbul vilayətində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə zamanı avtobusun sürücüsü idarəetməni itirib. Bundan sonra avtobus yaşayış komplekslərindən birinin ərazisini əhatə edən divara çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

 

 

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh