İsmayıllıda ağır QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

"Bu gün saat 13 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsindəki yol-nəqliyyat hadisəsi baş verib".
Bu məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilib.
"Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsində Yasin Xasməmmədovun idarə etdiyi "Ford" markalı avtomobillə Taleh Umudovun idarə etdiyi "Range Rover" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü və "Range Rover" də olan sərnişinlər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
***
İsmayıllı rayonunda yeddi nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat verilib.
Qeyd olunub ki, hadisə Aşıqbayramlı gölünün yanında "Ford" və "Range Rover" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO












