Lənkəranda yük avtomobili motosikletlə toqquşub, ölən var - YENİLƏNİB

Lənkəran rayonunda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Report-un məlumatına görə, qəzada həyatını itirən, motosikletin sürücüsü Masallı rayonunun Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədovdur.
"Shacman” markalı yük avtomobilini idarə edən şəxs isə 1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadə olub.
08.18
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Dnepr" markalı yük motosikleti "Shacman" markalı yük avtomobili ilə toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












