Oğuzda ağır qəza: ÖLƏN VAR - FOTO - YENİLƏNİB

Qəzalar 29 İyul 2026 11:44
Oğuzda ağır qəza: ÖLƏN VAR  - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Padar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 29-da saat 08:30-da iki nəfər (bir qadın, bir kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yaralılara travmatik şok, beyinin əzilmiş yarası, kəllə əsasının sınığı, baş və bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 1984-cü il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

1987-ci il təvəllüdlü şəxs (kişi) isə göstərilən zəruri reanimasiya tədbirlərinə cavab verməyib və saat 09:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb./oxu.az

***11:06

Oğuzda 2 avtomobil toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Oxunub : 398
ŞƏRH YAZ
Ad

E-mail

Şərh